“Arsenal”ın sabiq futbolçusu vəfat edib

Xəbərlər
15 İyun 2024 14:22
395
“Arsenal”ın sabiq futbolçusu vəfat edib

İngiltərəli veteran futbolçu Kevin Kampbell 54 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, onun ölümünə səbəb ağır xəstəlik olub.

Kevin ilin əvvəlindən müalicə üçün xəstəxanaya yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, forvard karyerası ərzində “Arsenal”,”Lester Siti”, “Notingem”, “Trabzonspor”, “Everton”, “Vest Bromviç” və “Kardif Siti” klublarının şərəfini qoruyub.

İdman.biz