“Fernandu Santuşun böyük təccrübəsi var, Portuqaliya millisi ilə Avropa çempionu olub”.
Bunu İdman.bizə “Araz-Naxçıvan”nın sabiq baş məşqçisi Azər Bağırov deyib.
Gənc mütəxəssis Azərbaycan millisinə Fernandu Santuşun baş məşqçi təyin olunmasına münasibət bildirib. Onun sözlərinə görə, portuqaliyalı çalışdırıcının yığmamızda uğurlu olub-olmayacağı bir sualdır: “2028-ci ilə qədər böyük iş görəcəyini deyib. Əfsuslar olsun ki, illərdir millimizə yalnız əcnəbilər dəvət olunur. Bir-birilərinin ardınca vədlərini yerinə yetirmirlər. 2028-ci ildə qrup mərhələsinə vəsiqə qazanacağıq, ya yox, bunu zaman göstərəcək”.
Bağırov bildirib ki, seçim daha gənc mütəxəssis üzərində olmalı idi: “Perspektivli məşqçinin təyinatı yaxşı olardı. Almaniya təcrübəsi göstərir ki, bu ölkədə gənc, perspektivli və uzun layihələrdə çalışan məşqçilərə şans verirlər”.
Qeyd edək ki, Santuşla “3+1” müddətində müqavilə imzalanıb.
Emin Ağa
İdman.biz