“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/16 finalında “İpsviç Taun” üzərində qazanılan 4:2 hesablı qələbədən sonra Maks Doumandan danışıb.
İdman.Biz xəbər verir ki, 16 yaşlı hücumçu qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə edib.
Arteta gənc futbolçuların üzərlərindəki təzyiqdən qorunmasının vacibliyini vurğulayıb:
“Bu liqada, liqanın, futbolçuların və digər hər kəsin irəli sürdüyü tələblərlə biz Maks Douman kimi oyunçuları qorumalıyıq. Maksın səviyyəsi o qədər sevindiricidir ki. Belə bir axşamı yaşamaq imkanına sahib olmaq fenomenaldır. Gələcək üçün əla futbolçularımız var”.
Qeyd edək ki, “Arsenal” “İpsviç Taun”u 4:2 hesabı ilə məğlub edərək Liqa Kubokunda növbəti mərhələyə yüksəlib. Douman yeddi və 47-ci dəqiqələrdə fərqlənib.
