AFFA-dan son təyinat: Qurbanov

Xəbərlər
14 İyun 2024 16:16
538
AFFA-dan son təyinat: Qurbanov

I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşünün təyinatları müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu, AFFA-nın Hakimlər Komitəsinin 2023/24 mövsümündəki son təyinatlarıdır. “Araz Saatlı” – “Cəbrayıl” görüşünü Tural Qurbanov idarə edəcək.

Pley-off, cavab oyunu
15 iyun (şənbə)
17:30. “Araz Saatlı” – “Cəbrayıl”

Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Teymur Teymurov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Saatlı OİK stadionu

İdman.biz