Abbasova 1 illik etimad

Xəbərlər
13 İyun 2024 23:32
174
Abbasova 1 illik etimad

“Şamaxı” ilə Ayxan Abbasov arasında bağlanan müqavilənin müddəti məlum olub.

İdman.biz xəbər verir ki, Premyer Liqaya vəzifə qazanan klub bu barədə məlumat yayıb.

Gənc mütəxəssislə 2024/2025 mövsümün sonuna kimi müqavilə imzalanıb. Abbasov “Şamaxı”nın baş məşqçisi vəzifəsində Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis daha əvvəl “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”u çalışdırıb.

İdman.biz