Ayxan Abbasov: “Çətin yola çıxdığımızı bilirik” - MÜSAHİBƏ

Müsahibə
13 İyun 2024 15:36
493
Ayxan Abbasov: “Çətin yola çıxdığımızı bilirik” - MÜSAHİBƏ

“Şamaxı”nın yeni baş məşqçisi Ayxan Abbasovun İdman.bizə müsahibəsi

- “Şamaxı” ilə bu gün müqaviləniz rəsmiləşdi. Nələri nəzərə alıb təklifi qəbul etdiz?

- “Turan Tovuz”dan ayrıldıqdan sonra “Şamaxı” rəhbərliyi təklif göndərdi. Oturub müzakirə etdik. Qarşıya qoyulacaq hədəflərdən danışdıq. Çətin yola çıxdığımızı bilirik, amma bundan heç vaxt çəkinməmişik.

- Bəs sizin rəhbərlikdən istəyini nə oldu?

- Bunu açıqlamaq istəmirəm. Mənim də, onların da təklifləri oldu. Ən əsası yekunda razılaşdıq.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Klub I Liqadan Premyer Liqaya bu il yüksəlib. Bu gün əsas məqsəd yaxşı bir komanda qurmaqdır. Bunun üçün əlimizdən nə gəlirsə onu etməliyik. Hədəflər Premyer Liqada möhkəmlənməkdir. Ondan sonra büdcəmizə uyğun addımlar atacağıq.

- Yeni komandanı formalaşdırmaqla bağlı planlarınız var?

- İlk olaraq seleksiya düzgün olmalıdır. Böyük büdcəmiz yoxdur. Bu səbəbdən də buna uyğun hərəkət edəcəyik.

- “Şamaxı” siyasətini davam etdirərək yalnız azərbaycanlı futbolçularla davam edəcək, yoxsa legionerlər də cəlb olunacaq?

- Yox, yalnız yerli futbolçular olmayacaq. Büdcəyə uyğun məbləğdə legionerlər transfer edəcəyik.

- Komandada işə nə vaxt başlayacaqsan və hazırlıq planı necədir?

- Bu gün müqaviləm elan olundu. Qarşıdakı günlərdə planlar haqqında geniş məlumat verəcəyik.

Emin Ağa
İdman.biz

Məqalədə: