Fernandu Santuş: “Daha yaxşı təkliflər var idi, amma...” - FOTO

Xəbərlər
13 İyun 2024 12:17
595
Fernandu Santuş: “Daha yaxşı təkliflər var idi, amma...” - FOTO

Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi olmağa razılıq verməsinin səbəbi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu 70 yaşlı çalışdırıcının özü açıqlayıb.

O, bu gün keçirilən mətbuat konfransında daha cəlbedici təkliflər aldığını gizlətməyib. Santuş AFFA-nın təklifinə üstünlük verməsinin səbəbinə də aydınlıq gətirib: “AFFA-nın təqdim etdiyi layihə uzun müddətli zaman üçün nəzərdə tutulub. Birgə əl-ələ verib, uğura imza atacağıq. Klublarla birlikdə işləmək bizim üçün önəmlidir. İnanıram ki, bu, hansısa yarışların final mərhələsində reallaşacaq. Bir daha AFFA rəhbərliyinə mənə güvəndiyi üçün təşəkkür edirəm. Daha yaxşı təkliflər var idi, amma AFFA-ya inandığım üçün burdayam”.

Qeyd edək ki, Santuş AVRO-2028-in seçmə mərhələsinin sonuna qədər yığmamıza rəhbərlik edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: