Fernandu Santuş Avropanın “Top-5”ində

Xəbərlər
13 İyun 2024 09:05
784
Fernandu Santuş Avropanın “Top-5”ində

UEFA-ya üzv olan ölkələrin milli komandalarında ən çox oyun keçirən baş məşqçilərin siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının yeni çalışdırıcısı Fernandu Santuş da siyahıda yer alıb.

Portuqaliyalı mütəxəssis Avropa millilərini 164 matça çıxarıb. O, Yunanıstan, Portuqaliya və Polşa yığmaları ilə bu göstəriciyə nail olub.

Santuş Avropada 5-ci nəticəyə malikdir. Millimizin sabiq baş məşqçisi Berti Foqts da “beşlik”dədir. O, hesabındakı 205 oyunla ikincidir. Almaniyalı buna təkcə Avropa təmsilçiləri ilə nail olub. Foqts bu 205 matçdan başqa Küveyt və Nigeriyaya da başçılıq edib.

“Köhnə qitə”nin rekordu isə Lars Laqerbaka məxsusdur. Onun aktivində 228 qarşılaşma var.

1. Lars Laqerbak (İsveç, İslandiya, Norveç) – 228

2. Berti Foqts (Almaniya, Şotlandiya, Azərbaycan) – 205

3. Yoahim Löv (Almaniya) – 198

4. Morten Olsen (Danimarka) – 166

5. Fernandu Santuş (Yunanıstan, Portuqaliya, Polşa)- 164

İdman.biz

Məqalədə: