“Atletiko” Simeone ilə bağlı qərarını verdi

6 Oktyabr 2026 00:26
77
“Atletiko” Simeone ilə bağlı qərarını verdi

“Atletiko” futbol klubunun rəhbərliyi Dieqo Simeonenin 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi başa çatdıqdan sonra da komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirməsini istəyir.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı mütəxəssislə yeni müqavilə üzrə danışıqlara hələ başlamayıb. Buna baxmayaraq, tərəflər arasında razılığın əldə olunmasında ciddi çətinliklərin yaranacağı gözlənilmir.

Məlumata görə, Simeone də “Atletiko”da işini davam etdirmək istəyir. Klub rəhbərliyinin də eyni mövqedə olduğu bildirilir.

Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Bu müddətdə argentinalı mütəxəssis Madrid klubunun sükanı arxasında 800-dən çox oyuna çıxıb.

İdman.Biz