AFFA nümayəndələri Meksika səfiri ilə görüşüblər - FOTO

5 Oktyabr 2026 23:49
104
AFFA nümayəndələri Meksika səfiri ilə görüşüblər

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və şöbənin əməkdaşları Meksikanın Azərbaycandakı səfirliyində görüş keçiriblər.

İdman.Biz xəbər verir ki, görüşdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə AFFA və Meksika tərəfi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər birgə layihələrin həyata keçirilməsi, sosial və ətraf mühit dayanıqlılığı sahəsində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin gender bərabərliyinin təşviqi, həyata keçirilən layihələrdə qarşılıqlı iştirak və tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda AFFA nümayəndələri səfir Mariya Viktoriya Romero Kabalyeroya hədiyyə təqdim edib və xatirə fotosu çəkdiriblər.

İdman.Biz