Almaniya yığmasının heyətində dəyişiklik

Xəbərlər
13 İyun 2024 00:42
180
Almaniya yığmasının heyətində dəyişiklik

AVRO-2024-də Almaniya yığmasının heyətində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, Aleksandar Pavloviçi Emre Can əvəzləyib.

İnfeksiyaya yoluxan 20 yaşlı müdafiəçi heyətdən uzaqlaşdırılıb. Pavloviç Almaniyada start götürəcək turnirdə komandaya kömək edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib. Onu “bundestim”in heyətində “Borusiyya”nın yarımmüdafiəçisi Emre Can əvəz edəcək.

Qeyd edək ki, Almaniya millisin iyunun 14-də turnirin açılış matçında Şotlandiya ilə qarşılaşacaq.

İdman.biz