Samir Ələkbərov od püskürdü: “Santuşla heç yerə çıxa bilməyəcəyik”

Müsahibə
12 İyun 2024 16:47
351
Samir Ələkbərov od püskürdü: “Santuşla heç yerə çıxa bilməyəcəyik”

“Yəqin ki, Fernandu Santuş ilə danışıqlar uzun müddət gedib”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Samir Ələkbərov deyib.

O, yığmamıza portuqaliyalı Fernandu Santuşun baş məşqçi təyin olunmasına münasibət bildirib. Ələkbərov iddia edir ki, bu barədə qərar çoxdan qəbul olunub: “Arif Əsədovun millidə baş məşqçi kimi fəaliyyətini davam etdirməsini çox istəyirdim. Fikrimcə, yığmaya yerli mütəxəssisin başçılıq etməsi daha düzgün olardı. Amma AFFA belə qərar veribsə, heç nə edə bilmərik. Bu qərarla barışmalıyıq. Santuş ilə nə dünya, nə də Avropa çempionatına çıxa bilməyəcəyik. Bu vaxta kimi bu cür xarici məşqçilər gətirmişdilər, lakin heç bir nəticə əldə olunmamışdı. Xeyirli olsun, deməkdən başqa nəsə edə bilmərik”.

Qeyd edək ki, AFFA Santuşun qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyub.

Banuçiçək Hüseynli
İdman.biz