Bulat Esmaqambetov: “Azərbaycan qələbəyə layiq idi”

Xəbərlər
12 İyun 2024 01:04
553
Bulat Esmaqambetov: “Azərbaycan qələbəyə layiq idi”

“Qazaxıstan yığması üçün hər şey yaxşı başlamışdı”.

İdman.biz xəbər verir ki, qazaxıstanlı veteran futbolçu Bulat Esmaqambetov deyib.

O, ölkə yığmasının Azərbaycan millisi ilə oyununu şərh edib. Esmaqambetov komandamızın qələbəyə layiq olduğunu bildirib: “Yığma 2 fürsətdən istifadə etdi və özünü çox rahat hiss etməyə başladı. Digər tərəfdən hamı azərbaycanlıların asanlıqla təslim olmayacağını bilirdi. Təəssüf ki, Qazaxıstan komandasının mərkəz xətti zəif çıxış etdi. Azərbaycan yığması təhlükəli vəziyyətlər yaratmağa başladı. Onlar daha yaxşı oynayıb, mübarizələrdə üstünlük qazandılar. Etiraf edək ki, Azərbaycan qələbəyə layiq idi”.

Qeyd edək ki, millimiz hesabda geri düşməsinə baxmayaraq, Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz