Qazaxıstanlı məşqçi: “Səhvlərimizə görə uduzduq”

Xəbərlər
11 İyun 2024 22:31
783
Qazaxıstanlı məşqçi: “Səhvlərimizə görə uduzduq”

“Bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi. Çünki qol epizodları bol idi”.

İdman.biz xəbər verir ki, bunu Qazaxıstan yığmasının məşqçisi Ruslan Baltiyev deyib.

Qazaxıstanlı mütəxəssis millimizlə keçirilən yoxlama oyununda 2:3 hesablı məğlubiyyəti şərh edib: “İki layiqli rəqib qarşılaşdı. Sadəcə, konsentrasiya çatışmadı və uduzduq. Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər bir məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Rəqib səhvlərimizdən istifadə etdi".

Qeyd edək ki, Qazaxıstan yığması keçirdiyi hər 2 yoldaşlıq oyununda uduzub.

İdman.biz