Millimizin rəqibinin AVRO-2024 üçün yekun heyəti

Xəbərlər
10 İyun 2024 19:52
475
Millimizin rəqibinin AVRO-2024 üçün yekun heyəti

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi Slovakiya AVRO-2024 üçün yekun heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, ilkin siyahıda yer alan 32 futbolçudan 6-ı Almaniyaya yollanmayacaq.

Baş məşqçi Françesko Kalzona Dominik Takaç (“Spartak”), Mihal Tmoç (“Slaviya”, Çexiya), Matuş Kmet (“Trençin”), Yakub Kadak (“Lütsern”, İsveçrə), Dominik Holli (“Yablonets”, Çexiya) və Robert Polevko (“Dukla”, Çexiya) heyətdən kənarda qoyub.

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Henrix Ravas (“Nyu-İnqlənd Revoluşn”, ABŞ),

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Norbert Dyomber (“Salernitana”, İtaliya), Denis Vavro (“Kopenhagen”, Danimarka), Milan Şkrinyar (PSJ, Fransa), Adam Obert (“Kalyari”, İtaliya), David Qansko (“Feyenoord”, Niderland), Vernon De Marko (“Hatta” BƏƏ), Sebastian Koşa (“Spartak”, Slovakiya),

Yarımmüdafiəçilər: Matuş Bero (“Bohum”, Almaniya), Tomaş Riqo (“Banik “, Çexiya), Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Napoli”, İtaliya), Ondrey Duda (“Verona”, İtaliya), Laslo Beneş (“Hamburq”, Almaniya), Yuray Kuçka (“Slovan”);

Hücumçular: David Duriş (“Askoli”, İtaliya), Tomaş Suslov (“Verona”, İtaliya), İvan Şrans (“Slaviya”, Çexiya), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Leo Zaver (“Feyenoord”, Niderland), Lukaş Qaraslin (“Sparta”, Çexiya), David Streles (“Slovan”), Lyubomir Tupta (“Liberets”).

Qeyd edək ki, Almaniyadakı qitə çempionatı iyunun 14-də başlayacaq.

İdman.biz