Almaniyanın “Bayer” klubunun azarkeşləri komandanın “Union Berlin”lə oyununda geyindiyi xüsusi formaya etiraz ediblər.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisinin ev oyununda azarkeşlər tribunada nəhəng qırmızı forma-banner açıblar.
Bannerin üzərində “Klubun rəngləri toxunulmazdır” sözləri yazılıb. Bununla fanatlar “Bayer”in ənənəvi qırmızı-ağ rənglərinin qorunmasını tələb ediblər.

Azarkeşlər qarşılaşma zamanı “Biz qırmızı-ağ formalar istəyirik” şüarını da səsləndiriblər.
Etirazın səbəbi “Bayer”in hazırladığı xüsusi formadır. Rəngarəng dizaynı ilə seçilən forma klubun ənənəvi qırmızı-ağ rənglərindən fərqlənir.
Buna baxmayaraq, “Bayer” “Union Berlin”lə qarşılaşmaya məhz həmin xüsusi forma ilə çıxıb.
Qeyd edək ki, klub hər il Münhendə keçirilən "Oktoberfest" münasibətilə xüsusi forma hazırlayır.
