Azərbaycan Prezidenti İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Qeyd edək ki, İsgəndərov Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.
