Şamaxı stadionunda yeni işıqlandırma: işlər nə vaxt tamamlanacaq? - “Şirlər”dən İDMAN.BİZ-ə AÇIQLAMA

19 Sentyabr 2026 15:07
143
Şamaxı stadionunda yeni işıqlandırma: işlər nə vaxt tamamlanacaq? - “Şirlər”dən İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Misli Premyer Liqasının növbəti oyunlarına hazırlaşan “Şamaxı”nın ev oyunlarını keçirdiyi şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması ilə bağlı son vəziyyət məlum olub.

“Şirlər”in sözçüsü Yusif Hüseynin İdman.Bizverdiyi məlumata görə, arena boyunca işıqlandırma prosesinə artıq start verilib.

“Bəli, işıqlandırma prosesi başlayıb və işlər davam edir. Bu, kifayət qədər böyük prosesdir. Kabellər çəkilməli, stadion boyunca quraşdırılacaq dirəklər isə xaricdən gətirilməlidir. Bu səbəbdən işlərin nə vaxt yekunlaşacağını dəqiq demək mümkün deyil. Amma proses sürətlə davam edir”, - deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, sentyabrın 20-də Misli Premyer Liqasının altıncı turunda “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş Şamaxı şəhər stadionunda saat 16:30-da baş tutacaq. “Şamaxı” altı xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. İki xala malik “Araz-Naxçıvan” isə on birincidir.

İdman.Biz