Paytaxt klubu milli üzvü ilə razılığa gəlib

Xəbərlər
10 İyun 2024 08:47
351
Paytaxt klubu milli üzvü ilə razılığa gəlib

İspaniya millisinin futbolçusu Roben Le Norman “Atletiko”ya keçəcək.

İdman.biz xəbər verir ki, “Real Sosyedad”ın 27 yaşlı müdafiəçisi Madrid klubu ilə razılığa gəlib.

Paytaxt təmsilçisi keçidi yaxın günlərdə gerçəkləşdirə bilər. Bunun üçün iki klub arasında danışıqların yekunlaşması qalıb.

Qeyd edək ki, Le Norman 2016-cı ildən “Real Sosyedad”da forma geyinir.

İdman.biz