Musiаla Almaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib

25 Sentyabr 2026 17:18
76
Musiаla Almaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Almaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.

İdman.Biz xəbər verir ki, bu barədə Münhen klubunun sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayılıb.

Futbolçunun düşərgədən ayrılmasına əzələ zədəsi səbəb olub. Musiala bundan sonra bərpa prosesini “Bavariya”nın düşərgəsində davam etdirəcək. Onun məşqlərə nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Almaniya millisi sentyabrın 24-də Millətlər Liqasının ilk turunda səfərdə Niderlandla 1:1 hesablı heç-heçə edib. Musiala qarşılaşmanın ilk hissəsində əvəzlənib.

Yurgen Kloppun rəhbərlik etdiyi Almaniya millisi sentyabrın 27-də növbəti oyunda Yunanıstanı qəbul edəcək.

İdman.Biz
Məqalədə: