Cud Bellinqem ikinci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi

25 Sentyabr 2026 16:48
78
Cud Bellinqem ikinci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Cud Bellinqem İngiltərənin ilin ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə onun çıxış etdiyi klub rəsmi məlumat yayıb.

23 yaşlı futbolçu bu mükafatı ikinci il ardıcıl qazanıb.

Bellinqem 2023-cü ilin yayından “Real Madrid”ın formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir.

İngiltərəli yarımmüdafiəçi ötən mövsüm “Real”la heç bir titul qazanmasa da, 2026-cı il dünya çempionatında milli komandanın əsas oyunçularından biri olub. İngiltərə mundialı üçüncü pillədə başa vuraraq bürünc medallara sahib çıxıb.

Bellinqem cari mövsümdə bütün turnirlərdə “Real”ın heyətində yeddi matçda iştirak edib. O, bu görüşlərdə üç qol vurub və üç məhsuldar ötürmə edib.

“Transfermarkt” 23 yaşlı futbolçunun transfer dəyərini 160 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: