Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, müdafiəçi Rahil Məmmədov komandanın düşərgəsini tərk edib.
AFFA-dan verilən məlumata görə, onun Albaniya ilə yoldaşlıq görüşündən sonra düşərgəni tərk etməsi məşqçi Arif Əsədovla öncədən razılaşdırılıb. Əvəzində viza problemi həll olunan digər müdafiəçi Elvin Bədəlov komandaya qoşulub.
Qeyd edək ki, dünən Albaniyaya 1:3 hesabı ilə uduzan milli 2 gün sonra Qazaxıstanla qarşılaşacaq.
İdman.biz