Rəcəb Fərəczadə: “Komandamızı çox yaxşı analiz etmişdilər”

7 İyun 2024 17:34
956
Rəcəb Fərəczadə: “Komandamızı çox yaxşı analiz etmişdilər”

“Ümumi oyunlara baxsaq qrup mərhələsində hər şey yaxşı idi”.

Bunu İdman.bizə minifutbol üzrə "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Azərbaycan millisinin sabiq futzalçısı Bosniya və Herseqovinada keçirilən Avropa çempionatında yığmanın çıxışını dəyərləndirib. O, Elşad Quliyevin komandasının Qazaxıstana məğlubiyyətinin səbəblərini açıqlayıb: “Qrup mərhələsində çıxışımız yaxşı alındı. Qollarımızı vurduq, bəzi epizodları çıxmaq şərti ilə müdafiədə də yaxşı oynayırdıq. Qazaxıstanla görüşdə də yaxşı mübarizə apardıq. Düşünmürəm ki, pis oyun oldu. Sadəcə son nöqtəni qoya bilmədik. Top qapıdan keçmədi. Onda tək bizim günahımız yox idi. Qazaxlar da müdafiədə yaxşı çıxış edirdilər. Komandamızı çox yaxşı analiz etmişdilər. Güclü tərəflərimizi bilirdilər. Penaltilər seriyası da “lotoreyadır”. Şans qazaxların tərəfində oldu”.

Qeyd edək ki, millimiz Avropa çempionatında 1/4 finalda Qazaxıstana penaltilər seriyasında uduzub – 6:7.

Emin Ağa
İdman.biz