Puxaç Levandovskiyə “əmi” dedi - VİDEO

24 Sentyabr 2026 17:33
64
Puxaç Levandovskiyə “əmi” dedi - VİDEO

“Sabah” futbol komandasının müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin toplanışında Robert Levandovski ilə maraqlı dialoqu ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Polşa Futbol Federasiyasının “Łączy nas piłka” kanalında yayımlanan yeni vloqda Puxaçın Levandovski ilə görüşü əks olunub. Milli komandanın kapitanı əvvəlcə zarafatla çəhrayı papaqlı şəxsin kim olduğunu soruşub. Puxaç isə Levandovskini görəndə ona “əmi” deyə müraciət edib və otelə niyə müəyyən olunmuş vaxtdan gec gəldiyini soruşub.

Puxaç xatırladıb ki, futbolçular saat 18:00-dək toplanmalı idilər, Levandovski isə yeddi dəqiqə gecikib. “Barselona”nın sabiq hücumçusu buna “müxtəlif əşyaları imzalamaq bəzən uzanır” cavabını verib. Puxaç və Karol Sviderski Levandovskinin geyimi ilə bağlı da zarafat ediblər.

Söhbət səmimi atmosferdə keçib. Futbolçular Puxaçın hazırda çıxış etdiyi Azərbaycandan Polşaya səfərlər barədə də danışıblar.

Qeyd edək ki, Polşa millisi hazırkı toplanış çərçivəsində dörd oyun keçirəcək. Komanda əvvəlcə evdə Bosniya və Herseqovina ilə qarşılaşacaq, daha sonra İsveçin qonağı olacaq. Ardınca Rumıniyanı qəbul edəcək Polşa millisi tsikli səfərdə Bosniya və Herseqovina ilə cavab oyunu ilə başa vuracaq.

İdman.Biz