İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi ləğv olunmayacaq.
İdman.biz xəbər verir ki, bu barədə qərar bu gün keçirilən toplantıda verilib.
Premyer Liqa klubları VAR-la bağlı məsələni səsverməyə çıxarıb. 20 komandadan 19-u texnologiyadan istifadəyə davam etdirilməsini istəyib.
Qeyd edək ki, VAR-ın ləğvini istəyən yeganə klub “Vulverhempton” olub.
İdman.biz