Türkiyə Super Liqasında yayım tenderinin tarixi açıqlandı

17 Sentyabr 2026 21:53
88
Türkiyə Super Liqasında yayım tenderinin tarixi açıqlandı

Türkiyə Futbol Federasiyası (TFF) “Trendyol Super Liqa” və “Trendyol 1-ci Liqa” matçlarının yayım hüquqları ilə bağlı keçiriləcək tenderin tarixini açıqlayıb.

İdman.Biz xəbər verir ki, TFF prezidenti İbrahim Ethem Hacıosmanoğlu və klub prezidentləri 2026/27 mövsümü və sonrakı mövsümlərin yayım hüquqları ilə bağlı tenderdən əvvəl Rivada bir araya gəliblər.

Federasiyanın açıqlamasında tenderin 13 yanvar 2027-ci ildə keçiriləcəyi bildirilib.

İdman.Biz