İqor Tudor “Latsio”nun baş məşqçi vəzifəsindən istefaya göndərilib.
İdman.biz xəbər verir ki, bu barədə Roma klubu açıqlama yayıb.
Açıqlamada baş məşqçiyə gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb. Tudor bu ilin martında Mauritsio Sarrinin əvəzləyib. Komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə A Seriyasını 61 xalla 7-ci pillədə başa vurub.
Qeyd edək ki, Tudor karyerası ərzində “Hayduk”, “Marsel”, PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze” və “Verona” kimi klublarda fəaliyyət göstərib.
İdman.biz