AVRO-2024 öncəsi yoldaşlıq oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, millimizlə qarşılaşacaq Albaniya Lixtenşteynlə qüvvəsini sınayıb.
Macarıstanın Sombatxey şəhərində Haladas SportKomplexum" stadionunda keçirilən qarşılaşmada albanlar 3:0 hesabı ilə qalib gəliblər. Albaniya millisinin heyətində Broya, Asani və Muçi fərqlənib.
Almaniya və Ukrayna oyununda qapılara qol vurulmayıb. İngiltərə isə Bosniya və Herseqovina komandasının qapısından 3 cavabsız top keçirib.
Yoldaşlıq oyunları
3 iyun
Şotlandiya – Cəbəllütariq – 2:0
Xorvatiya – Şimali Makedoniya – 3:0
Albaniya – Lixtenşteyn – 3:0
İngiltərə – Bosniya və Herseqovina – 3:0
Almaniya – Ukrayna – 0:0
Qeyd edək ki, Azərbaycan – Albaniya matçı iyunun 7-də Sombatxeydə baş tutacaq.
İdman.biz