Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat alıb

Xəbərlər
3 İyun 2024 14:26
203
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat alıb

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək. C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.biz

Məqalədə: