“İyunda keçirilən oyunlar adətən spesifik olur. Bəzi oyunçularımız üçün artıq mövsüm başa çatıb”.
İdman.biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.
O, iyunun 7-də Azərbaycan millisinə qarşı keçiriləcək yoxlama oyunu ərəfəsində hazırlıq prosesini dəyərləndirib: “Ona görə də futbolçuları əvvəlki formasına gətirmək üçün çalışırıq. Azərbaycanla görüşə üç gün qalmış bütün hazırlığımız bu matça yönələcək. Azərbaycan və Moldova qrupdakı rəqibimiz Malta səviyyəsində yığmalardır. Biz rəqiblərə yuxarıdan aşağı baxmamalıyıq. Bu komandalarla görüşlər İspaniya və Danimarka ilə matçlardan fərqli sınaq olacaq”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu Bratislavada keçiriləcək.
İdman.biz