“Sevilya” yeni baş məşqçisinin adını açıqlayıb.
İdman.biz xəbər verir ki, komandaya Qarsiya Pimenta rəhbərlik edəcək.
O, bu vəzifədə Kike Sançes Floresi əvəzləyib. Pimenata 2022-2024-cü illərdə “Las-Palmas”ın baş məşqçisi olub. 49 yaşlı mütəxəssis məşqçilik karyerasına “Barselona”nın gənclər komandasında start verib.
Qeyd edək ki, “Sevilya” İspaniya Primerasında 2023-2024-cü illər mövsümünü 14-cü pillədə başa vurub.
İdman.biz