"Barselona" Rafinyanı satmağa razılıq verib.
İdman.biz xəbər verir ki, İspaniya nəhəngi maliyyə çətinliklərinin həlli üçün braziliyalı vingerin Səudiyyə Ərəbistanı klublarından birinə transferinə razılaşıb.
La Liqa klubu bu keçid üçün istədiyi məbləği də müəyyənləşdirib. "Barselona" Rafinya üçün 100 milyon avro tələb edib. Adı açıqlanmayan ərəb klubu da bu məbləği ödəməyə hazırdır. Lakin Rafinyanın özü yekun qərarını verməyib.
Qeyd edək ki, cənubi amerikalı 2022-ci ilin yayından "Barselona"da forma geyinir.
İdman.biz