“Tülkülər”in əsas namizədi

Xəbərlər
30 May 2024 19:20
773
“Tülkülər”in əsas namizədi

İngiltərənin "Lester" klubunun baş məşqçisi postuna əsas namizəd bəlli olub.

İdman.biz xəbər verir ki, bu vəzifəyə Ruud van Nistelroy təyin edilə bilər.

O, "Çelsi"nin "sükanı araxası"na keçəcəyi gözlənilən Entso Mareskanı əvəzləməyə namizəd sayılır. İndiki baş məşqçinin London klubuna təyinatı yaxın günlərdə rəsmiləşməlidir.

Qeyd edək ki, van Nistelroy baş məşqçi kimi PSV-də çalışıb.

İdman.biz