“Qarabağ”ın futbolçusu “Fənərbaxça”nın maraq dairəsində

Xəbərlər
30 May 2024 14:08
741
“Qarabağ”ın futbolçusu “Fənərbaxça”nın maraq dairəsində

“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, Kabo-Verde millisinin yarımmüdafiəçisi “Fənərbaxça”nın maraq dairəsində olan oyunçulardandır.

İstanbul klubunun prezidenti Ali Koç ötən mövsümün dəyərləndirməsində cinahlarda sıxıntı olduğunu açıqlayıb. Üstəlik, “Fənərbaxça”nın cinah oyunçuları İrfan Canın La Liqaya, Duşan Tadiçin “Ayaks”a gedəcəyi gözlənilir. Onların əvəzinə alınacaq iki futbolçudan birinin Leandro olacağı iddia edilir. 36 oyunda 11 qol və 14 assistə imza atan sağ cinah yarımmüdafiəçisi “Qarabağ”la müqaviləni yeni uzatsa da, İstanbul klubu onun transferində maraqlıdır.

Qeyd edək ki, “Qarabağ”la Leandro arasında bu ilin fevralında imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

İdman.biz