Türkiyəli futbolçu: “Azərbaycanı hər 2 oyunda məğlub etmək istəyirik”

Xəbərlər
29 May 2024 20:10
129
Türkiyəli futbolçu: “Azərbaycanı hər 2 oyunda məğlub etmək istəyirik”

“Qarşıda bizi Azərbaycanla 2 çətin oyun gözləyir”.

İdman.biz xəbər verir ki, bunu Türkiyənin qadın futbolçulardan ibarət yığmasının üzvü Birgül Sadıkoğlu deyib.

AVRO-2025-in seçmə mərhələsinin B Liqasında millimizə qarşılaşacaq komandanın təcrübəli futbolçusu pley-off hədəflərinin olduğunu bildirib: “İlk oyunda İsveçrəyə uduzsaq da, Macarıstanı məğlub edərək, qrupda üstünlük qazana bildik. Azərbaycanla iki matçı da itkisiz başa vurub, pley-offa yüksəlmək arzusundayıq”.

Birgül millimizlə oyunda Erzincan stadionunda tribunaların dolacağına inandığını bildirib. O, azarkeş rekorduna ümid etdiyini və onların böyük dəstəyi sayəsində Azərbaycan komandasına qalib gələcəklərini vurğulayıb.

Qeyd edək ki, 2 turdan sonra Azərbaycan 1, Türkiyə isə 3 xal toplayıb. Komandalar arasında ilk oyun mayın 31-də Erzincanda, 2-ci qarşılaşma isə iyunun 4-də Bakıda olacaq.

İdman.biz