“Bavariya” yeni baş məşqçisini açıqlayıb

Xəbərlər
29 May 2024 19:51
440
“Bavariya” yeni baş məşqçisini açıqlayıb

“Bavariya” Vensan Kompani ilə 3 illik müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

38 yaşlı belçikalı mütəxəssis 2027-ci ilin yayına kimi komandaya rəhbərlik edəcək. “Bavariya” Kompaninin işlədiyi “Bernli”yə 12 milyon avro kompensasiya ödəyəcək.

Qeyd edək, o, 2022-ci ildən ingilis klubuna rəhbərlik edib. “Bernli” onun rəhbərliyi ilə İngiltərə Premyer Liqasına vəsiqə qazansa da, 2023/2024 mövsümünün yekunlarına görə yenidən Çempionşipə qayıdıb.

İdman.biz