Çexiya millisində Almaniyanın 3 çempionu

Xəbərlər
28 May 2024 23:22
191
Çexiya millisində Almaniyanın 3 çempionu

Çexiya yığmasının AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi İvan Haşek 26 futbolçuya dəvət göndərib.

Almaniya çempionu “Bayer”in 3 oyunçusu komandada çıxış etmək imkanı qazanıb.

Qapıçılar: Viteslav Yaroş (“Şturm”, Avstriya), Matey Kovarj (“Bayer”, Almaniya), Yindrix Stanek (“Slaviya”).

Müdafiəçilər: Vladimir Çoufal (“Vest Hem”, İngiltərə), David Doudera, Tomas Holeş, Tomas Vlçek, David Zima (hamısı “Slaviya”), David Yurasek (“Hoffenhaym” , Almaniya), Ladislav Krejçi, Martin Vitiç (hər ikisi “Sparta”).

Yarımmüdafiəçilər: Antonin Barak (“Fiorentina”, İtaliya), Vatslav Çerni (“Volfsburq” , Almaniya), Lukaş Çerv, Pavel Şults (hər ikisi “Viktoriya”), Matey Yurasek, Lukaş Provod (hər ikisi “Slaviya”), Andjey Linqr (“Feyenoord”, Niderland), Mixal Sadilek (“Tvente” , Niderland), Tomas Souçek (“Vest Hem” , İngiltərə).

Hücumçular: Adam Hlojek, Patrik Şik (hər ikisi "Bayer", Almaniya), Tomas Hori (Viktoriya"), Moymir Xitil ("Slaviya"), Yan Kuçta ("Sparta").

Qeyd edək ki, Çexiya millisi F qrupunda Portuqaliya, Gürcüstan və Türkiyə ilə üz-üzə gələcək.

İdman.biz