Namik Ələskərovla Murad Xaçayevin milliyə çağırılmama SƏBƏBİ

Xəbərlər
28 May 2024 13:29
243
Namik Ələskərovla Murad Xaçayevin milliyə çağırılmama SƏBƏBİ

Azərbaycan millisinə namizəd sayılan bəzi oyunçuların yığmamızın qarşıdakı matçlar üçün açıqlanan heyətindən kənar qalmalarının səbəbi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu yığmanın məşqçisi Arif Əsədov açıqlayıb.

O, Namik Ələskərov, Ozan Can Kökçü və Murad Xaçayevin siyahıya daxil edilməməsinə aydınlıq gətirib: "Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. "Sumqayıt"da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var".

Qeyd edək ki, millimiz Macarıstanda keçirəcəyi yoldaşlıq oyunlarında Albaniya və Qazaxıstanla qarşılaşacaq.

İdman.biz

Məqalədə: