Rövşən Nəcəf "Qarabağ"ın bazasında - FOTO

Xəbərlər
27 May 2024 15:00
700
Rövşən Nəcəf "Qarabağ"ın bazasında - FOTO

AFFA-nın prezidenti Rövşən Nəcəf Misli Premyer Liqasının 36-cı turunun "Araz Naxçıvan" - "Qarabağ" oyunundan öncə Ağdam klubunun bazasını ziyarət edib.

İdman.biz xəbər verir ki, "Qarabağ" klubunun rəsmiləri AFFA prezidentini bazada yaradılmış şəraitlə tanış ediblər.

Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikəl Rövşən Nəcəfə komandanın imzalı formasını təqdim edib.

İdman.biz