“Turan Tovuz”un müdafiəçisi Panama millisində

Xəbərlər
26 May 2024 13:09
150
“Turan Tovuz”un müdafiəçisi Panama millisində

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

İdman.biz xəbər verir ki, müdafiəçi ölkə yığmasının İspaniyada keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.

Panamalıların hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvəsini sınaması gözlənilir.

Qeyd edək ki, Panama millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Qayana, 3 gün sonra isə Montserrat yığmaları ilə görüşəcək.

İdman.biz