“Neftçi”nin futbolçusu: “Onları günahlandıra bilmərəm”

Müsahibə
25 May 2024 22:12
128
“Neftçi”nin futbolçusu: “Onları günahlandıra bilmərəm”

“Avropa kuboklarında oynamaq istəyirdik”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Andre Şinyaşiki deyib.

Braziliyalı hücumçu mövsümün son turunda “Sabah”a məğlubiyyəti dəyərləndirib. O, Premyer Liqada mövsümü 5-ci yerdə vurmalarına və avrokuboklara gedə bilməmələrinə təəssüfünü gizlətməyib: “Bu vəzifənin öhdəsindən gələ bilmədik. Klubda hər şey qaydasındadır. İndi növbəti mövsüm haqqında düşünməliyik. Özüm haqqında danışa bilərəm. Daha yaxşı oynamalıyam. Rəhbərlik və baş məşqçi haqqında nəsə demək düzgün deyil. Başqalarını günahlandıra bilmərəm”.

Qeyd edək ki, “Neftçi” son turda “Sabah”a 0:1 hesabı ilə uduzaraq, Avropa kuboklarından kənarda qalıb.

Banuçiçək Hüseynli
İdman.biz