Monteneqrolu futbolçu “Neftçi”yə keçidini təsdiqləyib

Xəbərlər
25 May 2024 16:45
189
Monteneqrolu futbolçu “Neftçi”yə keçidini təsdiqləyib

Monteneqro millisinin futbolçusu Edvin Kutsun “Neftçi”nin ilk yay trasferi olacağı təsdiqlənib.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi vətənində verdiyi açıqlamada karyerasını Azərbaycanda davam etdirəcəyini bildirib.

Bir neçə gün öncə Monteneqro mətbuatında əksini tapan xəbəri təsdiqləyən Edvin Kosovonun “Balkani” klubundan ayrılıb Bakıya gəlmək qərarının səbəblərinə də toxunub. O bildirib ki, dəyişiklik vaxtının gəldiyini düşünür: “Karyeramı Azərbaycanın “Neftçi” klubunda davam etdirəcəm. Onlar yanvardan bəri mənimlə maraqlanırlar. Belə qərara gəlmişdik ki, yaya qədər burda qalım. Klubda futbolçu çatışmazlığı var idi. Artıq “Balkani” ilə müqaviləm bitir. Azad agent kimi Bakı klubuna keçəcəm”.

Qeyd edək ki, Kuts Monteneqro millisində 5 oyunda 3 qol vurub.

İdman.biz