Bəxtiyar Həsənəlizadənin “Tuzlaspor”dakı taleyinə aydınlıq gəlir – BAKIDADIR

Xəbərlər
25 May 2024 10:30
149
Bəxtiyar Həsənəlizadənin “Tuzlaspor”dakı taleyinə aydınlıq gəlir – BAKIDADIR

Azərbaycan millisinin və Türkiyənin “Tuzlaspor” klubunun futbolçusu Bəxtiyar Həsənəlizadənin İstanbul klubunda karyerası başa çatmaqdadır.

Bu barədə İdman.bizə müdafiəçinin özü məlumat verib.

Artıq Bakıda olan Bəxtiyar klubdan ayrılmaq üçün son işləri görür: “Rəsmi olaraq ayrılmasaq da, ayrılmış kimi görünür. Fövqəladə, fors-major bir şey baş verməsə, rəsmiləşəcək. Proses gedir və onun bitməsini gözləyirəm”.

31 yaşlı futbolçu başqa klublardan təkliflərin olduğunu da deyib: “Hansı klubların olduğunu deyə bilməyəcəm. Yaxın zamanlarda hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, “Tuzlaspor” Türkiyə I Liqasını 38 xalla 16-cı pillədə bitirərək aşağı liqaya yuvarlanıb.

Emin Ağa
İdman.biz