Fransada Qabriel-Peri stadionunda adı açıqlanmayan klubun məşqi zamanı faciə yaşanıb.
İdman.biz xəbər verir ki, ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
33 yaşlı məşqçi yerindəcə keçinib. Digər zərərçəkənlərdən birinin ayağı yanıb, daha birinin ürəyində problem yaranıb. Onların hər ikisi xəstəxanaya aparılıb.
Hadisə zamanı stadionda 33 nəfərin olduğu bildirilir. Zərərçəkənlərin sayının artacağı istisna deyil.
İdman.biz