Rahil Məmmədov baş məşqçisiz qalıb

Xəbərlər
23 May 2024 16:24
293
Rahil Məmmədov baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun formasını geyindiyi LKS baş məşqçisiz qalıb.

İdman.biz xəbər verir ki, komanda çalışdırıcısı Marçin Matisyakla vidalaşıb.

Buna 40 yaşlı mütəxəssisin aşağı diviziona yuvarlanan LKS-də qalmaq istəməməsi səbəb olub.

Matisyak LKS-ni Polşa çempionatında cəmi 13 oyuna çıxarıb. Komanda bu matçların 3-də qələbə qazanıb, 2 heç-heçə edib. Digər 8 qarşılaşmada isə məğlub olub.

Qeyd edək ki, LKS 33 turdan sonra 21 xalla sonuncudur və növbəti mövsüm aşağı liqada oynayacaq. Məmmədovun komandası son turda “Stal”ı qonaq edəcək.

İdman.biz

Məqalədə: