Azərbaycan çempionatında rekord - 11 qol

Xəbərlər
22 May 2024 18:01
197
Azərbaycan çempionatında rekord - 11 qol

Futbol üzrə Azərbaycanın I Liqasının sonuncu XXVII turunda mövsümün qol rekordu vurulub.

İdman.biz xəbər verir ki, "İrəvan" – "Karvan" görüşündə komandalar 11 dəfə fərqləniblər.

Matç Yevlax təmsilçisinin 8:3 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bundan əvvəl ən çox qol XVII turda MOİK – "Araz-Saatlı" (6:4) oyununda vurulub.

Görüşdən əvvəl "İrəvan"nın baş məşqçisi Nazim Süleymanov sərəncamında 2 qapıçı və cəmi 9 sahə oyunçusu qalıb. Bu üzdən Süleymanov "11-lik" düzəltmək üçün iki qapıçıdan yararlanıb.

Süleyman Süleymanov qapıçı, belaruslu Andrey Sinenka isə sahə oyunçusu kimi heyətdə yer alıb. "İrəvan" görüşü ehtiyat oyunçusuz keçirib.

Qeyd edək ki, "Karvan" mövsümü 44 xalla 5-ci, "İrəvan" isə 27 xalla 7-ci bitirib.

İdman.biz