“İrəvan” meydana buraxmağa oyunçu tapmayıb - PROBLEM

Xəbərlər
22 May 2024 15:09
193
“İrəvan” meydana buraxmağa oyunçu tapmayıb - PROBLEM

Azərbaycan çempionatının I Liqasında çıxış edən “İrəvan” növbəti dəfə problemlə üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, bu, sonuncu – XXVII turun “Karvan”la bugünkü matçında yaşanıb.

Baş məşqçi Nazim Süleymanov meydana buraxmağa futbolçu tapmayıb. Onun sərəncamında 2 qapıçı və cəmi 9 sahə oyunçusu qalıb.

Bu üzdən Süleymanov “11-lik” düzəltmək üçün iki qapıçıdan yararlanıb. Matçın az əvvəl açıqlanan protokolunda Süleyman Süleymanov qapıçı, belaruslu Andrey Sinenka isə sahə oyunçusu kimi yer alıb. “İrəvan”ın ehtiyat oyunçusuz keçirəcəyi qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “İrəvan” cari mövsümdə futbolçu çatışmazlığı ilə dəfələrlə üzləşib.

İdman.biz

Məqalədə: