Aygün Kazımova “Qarabağ” - “Zirə” oyununda

Xəbərlər
22 May 2024 11:46
929
Aygün Kazımova “Qarabağ” - “Zirə” oyununda

Azərbaycan kubokunun finalında iştirak edəcək müğənni bəlli olub.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

İyunun 2-də “Qarabağ” və “Zirə” klubları arasında “Liv Bona Dea Arena”da keçiriləcək oyundan əvvəl Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq. Tədbir saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyununa biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

İdman.biz