“Şəfa” pley-offda

Xəbərlər
21 May 2024 19:09
173
“Şəfa” pley-offda

Azərbaycan çempionatının II Liqasında 2023/24 mövsümünə yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə 13-cü yerin taleyinə aydınlıq gəlib.

Öz meydanında “Baku Sportinq”ə 0:4 hesabı ilə uduzan “Şəfa” mövqeyini yaxşılaşdıra bilməyib. 13-cü olan komanda II Liqada qalmaq uğrunda pley-off oynamalı olacaq. “Şəfa” Region Liqasının gümüş mükafatçısı ilə qarşılaşacaq.

Qeyd edək ki, II Liqada “Baku Sportinq” qızıl, “Cəbrayıl” gümüş, “Şahdağ Qusar” bürünc medal qazanıb, sonuncuların futbolçusu Tural Qurbatov 32 qolla yarışın bombardiri olub. “Kürmük Qax” isə Region Liqaya yuvarlanıb. Region Liqada final oyunu mayın 24-də “Şimal” və “Hypers” komandaları arasında keçiriləcək.

1

Baku Sportinq

26

20

4

2

69-24

64

2

Cəbrayıl

26

19

1

6

77-37

58

3

Şahdağ Qusar

26

17

6

3

82-22

57

4

Füzuli

26

16

8

2

63-32

56

5

Qusar

26

15

4

7

61-35

49

6

Kür-Araz

26

12

3

11

58-46

39

7

Sheki City

26

10

5

11

44-46

35

8

Göygöl

26

10

2

14

45-57

32

9

Dinamo

26

8

3

15

49-74

27

10

Ağdaş

26

6

6

14

30-51

24

11

Lerik

26

6

5

15

38-60

23

12

Şəmkir

26

6

2

18

32-62

20

13

Şəfa

26

5

3

18

29-82

18

14

Kürmük Qax

26

5

2

19

31-80

17

Bombardirlər: Tural Qurbatov ("Şahdağ Qusar") - 32 qol, Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol, Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 23 qol, Röyal Nəcəfov ("Baku Sportinq") - 22 qol, Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol

İdman.biz