Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransada keçiriləcək turnirdə iştirak edəcək - FOTO

19 İyun 2026 13:45
102
Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransada keçiriləcək turnirdə iştirak edəcək - FOTO

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) komandası iyulun 6-11-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək “Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku”nda iştirak edəcək.

İdman.Biz xəbər verir ki, yığma B qrupunda Namibiya, ABŞ və Qvatemala kollektivləri ilə mübarizə aparacaq.

Turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Yarışda 24 - 12 kişi və 12 qadın komandası iştirak edəcək.

Azərbaycan komanda ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Yığma Dünya Kubokuna hazırlıq çərçivəsində məşqləri davam etdirir.

İdman.Biz